Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki rəqibi İsveç yığmasında problem yaşanıb.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komanda daxilində insident baş verib.

Belə ki, 1-ci turda Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmadan sonra baş məşqçi Yon Dal Tomasson ehtiyatda saxladığı Uqo Larssonla mübahisə edib. Danimarkalı mütəxəssis kollektiv içində 20 yaşlı yarımmüdafiəçini sərt tənqid edib, onun hazır olmadığını bildirib. Larsson isə bunları təkbətək görüşərək demədiyi üçün baş məşqçidən narazılığını dilə gətirib. Nəticədə Larsson 2-ci turda Estoniya ilə keçirilən matç öncəsi komandadan uzaqlaşdırılıb.

Qeyd edək ki, İsveç yığması ilk iki turda Azərbaycanı 3:1, Estoniyanı isə 3:0 hesabı ilə məğlub edib.

Shares: