“Neftçi”nin sabiq futbolçusu Ataa Caberin klubsuz günləri başa çatır.

Futbolinfo.az xəbər verir ki, Fələstin millisinin yarımmüdafiəçisi Qətərə köçməyə hazırlaşır.

Bu ilin yayında “Neftçi”dən ayrılan 29 yaşlı orta sahə oyunçusu hələ də klubsuzdur. Caber hazırda yüksək liqanın bir neçə klubu ilə danışıq aparır. Keçid reallaşsa, o, Qətərdə çıxış edən 5-ci fələstinli olacaq.

Qeyd edək ki, Ataa Caber 2022-2024-cü illərdə “Neftçi”nin formasını geyinib.

Shares: