Mayami Qran-Prisi gecə keçirilə bilər. Yarışın prezidenti Tayler Eppin sözlərinə görə, təşkilatçılar sessiyaların axşam və gecəyə keçirilməsi variantını nəzərdən keçirirlər.

Bunun əsas səbəbi gündüz temperaturun çox yüksək olmasıdır. Hazırda Mayami Qran-Prisi mayın əvvəlində keçirilir. Onun başqa vaxta dəyişdirilməsi mümkünsüzdür. Belə ki, mərhələ NFL mövsümünün oyunlarına və tennis turnirinə müdaxilə edə bilər.

“Gələn may ayında yarış gecə olmayacaq. Bu məsələ hər zaman gündəmə gəlir. Biz vəziyyəti qiymətləndirmək və bunun potensial olaraq necə görünə biləcəyini başa düşmək üçün bir neçə şirkəti cəlb etmişik.
Məsələ hələlik təxirə salınıb, lakin biz bunu təhlil etməyə davam edəcəyik. Qran-Prinin həddindən artıq istidə keçirilməsi müəyyən risklər yaradır”, – deyə Epp bildirib.

Shares: