“Pirelli” şirkəti əvvəlki illərdə olduğu kimi, Azərbaycan Qran-Prisi üçün üç ən yumşaq tərkibdən ibarət təkərlər hazırlayıblar: C3 Hard, C4 Medium, C5 Soft.

Yarış şəhərdə keçirildiyindən və trasda il boyu müntəzəm nəqliyyatın hərəkəti olduğundan, təkərlərin performansının qiymətləndirilməsinə təsir edən mühüm amil asfalt örtüyünün vəziyyətindəki dəyişikliklərin dinamikası olacaqdır.

Bundan əlavə, hava şəraitinin təsirini nəzərə almaq lazımdır. Çünki sentyabrda Bakıda hava kifayət qədər isti ola bilər. Havanın yazda keçirilən keçənilki Qran-Pri ilə müqayisədə daha yüksək olacağı gözlənilir.

Onu da nəzərə almaq lazımdır ki, yolun asfalt örtüyü günəş altında və ya yaxınlıqdakı binaların kölgəsində, xüsusən də şəhərin köhnə hissəsinin dar küçələrindən keçməsindən asılı olaraq müxtəlif ərazilərdə fərqli şəkildə qıza bilər.

Nəhayət, avtomobillərin idarə edilməsinə külək təsir göstərə bilər ki, o da daim istiqaməti dəyişməyə meyllidir və sürücülərə problemlər yaradacaq.

Shares: