Azərbaycan Qran-Prisindən əvvəl “Alpin” komandasının pilotu Esteban Okon Bakının mərkəzi küçələri boyunca salınmış şəhər halqasının virtual versiyası boyunca simulyatorda dövrə vuraraq bu unikal trassın əsas xüsusiyyətlərindən danışıb.
“Hər kəsə salam! Bu gün biz Bakıda yerləşən Azərbaycan trassı ilə gəzintiyə çıxacağıq. Çox maraqlıdır – görək bizi orada nə gözləyir”, – deyə videoçarx bu sözlərlə başlayıb.