Bu il kişilər arasında sonuncu “Böyük dəbilqə” turnirinin başa çatmasından sonra maraqlı bir statistika aşkar olunub.
Məlum olub ki, kişilərin tək yarışında son 80 “Böyük dəbilqə” titulundan 79-nu avropalı tennisçilər qazanıb. Yeganə istisna 2009-cu ildə “US Open”in qalibi olmuş Xuan Martin del Potrodur. Dünya reytinqinin sabiq 3 nömrəsi argentinalıdır.
Xatırladaq ki, son turnirin qalibi də avropalı olub. İtalyan tennisçi Yannik Sinner finalda ABŞ-li Teylor Fritsə 6:3, 6:4, 7:5 hesabı ilə qalib gəlib.