Vissam Ben-Yedder oktyabrın 15-də məhkəmə qarşısına çıxacaq. O, sərxoş halda cinsi təcavüzdə suçlanır.
Futbolinfo.az xəbər verir ki, “Monako”nun kapitanı 2023-cü ilin yayında belə bir ittihamla üzləşmişdi. Həmin vaxtdan aparılan araşdırmaların yekunu olaraq gələn ay məhkəmə qərar verəcək.
34 yaşlı oyunçu bu yay “Knyazlıq klubu”ndan azad agent statusunda ayrılıb. Onunla müqavilə bağlamaq istəyənlər məhkəmənin qərarını gözləyir.