“Milan” İsmael Bennaserə əvəzedici axtarmayacaq. Ciddi zədə alan oyunçunun yoxluğunda İtaliya klubu əvəzedici heyətin üzvlərinə şans tanıyacaq.
Futbolinfo.az xəbər verir ki, transfer pəncərəsinin bağlanması üzündən klub rəhbərliyi belə bir qərara məcbur olub. Menecerlərin azad agent olan Devi Klassen və Miraləm Pyaniçin xidmətini təklif etməsi də ümumi fikri dəyişməyib.
Milanlılar “Ayaks”dan bu yay 3 milyon avroya aldıqları 19 yaşlı Silvano Vosun Bennaseri unutdiracağına əmindir.