Paolo Maldini bu mövsüm A Seriyasını qazanmağa namizədlərin adını açıqlayıb. “Milan”ın əfsanəs əzəli rəqib “İnter”i bir addım öndə görür.

Futbolinfo.az xəbər verir ki, o, bunu heyətin sabitliyi ilə əsaslandırıb: “Əslində, hər mövsüm favoritlər eyni komandalar olur. İndi “İnter”i bir addım öndə görürəm. Onların heyəti çox dəyişməyib, zatən əla, komplektləşmiş heyətləri var. “Milan” ötən mövsüm 2-ci olmuşdu, bu səbəbdən favorit sayılmalıdır”.

Maldini digər komandalardan da danışıb: “Yuventus”, “Roma”, “Napoli” də güclənib. Kim yenilənmiş heyətini daha tez formalaşdırsa, o da skudetto uğrunda mübarizə aparacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp