PSJ yenidən Məhəmməd Salahla maraqlanmağa başlayıb. Misirli futbolçunun son açıqlaması buna səbəb olub.
Futbolinfo.az xəbər verir ki, hücumçu “Liverpul”la müqaviləsinin mövsümün sonunda başa çatacağını, lakin klubdan onunla yeni anlaşma üçün danışıqlar aparılmadığını deməsi Fransa çempionunu hərəkətə gətirib. Parislilər gələn yay onu heyətinə qatmaq üçün cəhd edəcək.
Amma İngiltərə təmsilçisi də Salahla danışıqlara başlamaq istəyir. Bu isə PSJ-nin arzusunu gözündə qoya bilər. Üstəlk, Səudiyyə Ərəbistanı klubları misirli üçün növbəyə durub. Yalnız Salahın Avropada qalmaq istəyi PSJ-nin işinə yaraya bilər.