Eder Militaodan “Real” azarkeşlərini sevindirən xəbər gəlib. Brazilyalı müdafiəçinin bərpa müddəti tez başa çatacaq.

Futbolinfo.az xəbər verir ki, Brazilya yığmasının düşərgəsində zədələnərək Madridə erkən qayıdan Militaonun 10 gün ərzində sıraya qayıtması gözlənilir. Tibbi müayinələrdən sonra onun sağ ayağında həddindən artıq yükləmə üzündən əzələ zədələnməsi üzə çıxıb. Həkimlər problemi qısa müddətdə aradan qaldırmağa çalışır.

Eder ötən mövsümün böyük hissəsini boşa vermişdi. Məhz bu səbəbdən onun höhnə zədəsini təzələməsi qorxusu var idi.

Shares: