“Luton Taun” yarımmüdafiəçi Viktor Mozesi transfer etdiyini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun nigeriyalı futbolçu ilə müqaviləsi bir illikdir.

33 yaşlı yarımmüdafiəçinin “Spartak”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda idi. O, 2020-ci ilin oktyabrında “Çelsi”dən Rusiya klubuna keçmişdi. Mozes bu müddət ərzində “qırmızı-ağlar”ın heyətində 84 oyun keçirib, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Luton Taun” Çempionşipdə 4 turdan sonra 1 xalla 23-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp