Ruben Neveş onu tənqid edənlərə cavab verb. Portuqaliya millisinin üzvü Səudiyyə Ərəbistanı klubuna keçdiyi onu qınayanları haqsız sayır.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi həmyerlisi Kriştianu Ronaldonun da çıxış etdiyi liqanın rəqabətli olduğunu bildirib: “Liqanın səviyyəsini müzakirə edənləri Səudiyyə Ərəbistanına dəvət edirəm. İngiltərə Premyer Liqasındakı statistikama baxıb indiki ilə müqayisə edin. Ərəb ölkəsində daha çox qaçıram.Ronaldo da, mən də yığmadakı oyunumuzla çıxış etdiyimiz lqanın səviyyəsini sübut edirik”.

Xatırladaq ki, Neveş bu yay “Əl Hilal”a keçib. 3 illik müqavilə bağlayan oyunçu üçün “Vulverhempton”a 55 milyon avro ödənilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp