Conatan Devidin müştəriləri sırasına daha bir klub qoşulub. “Real”ın uzun müddətdir izlədiyi, gələn yay heyətinə qatmaq istədiyi kanadalını “Barselona” da transfer etməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, “Lill”lə yeni müqavilə bağlamaqdan imtina edən Devid daha güclü komanda arzulayır. İspaniya təmsilçiləri onun arzuladığı komandalardır. Amma kimin daha israrlı olacağı mövsüm bitəndə bilinəcək.

24 yaşlı oyunçu Fransa klubuna 2020-ci ildə “Gent”dən gəlib. O zaman 27 milyona alınan hücumçunu “Lill” azad agent kimi buraxmağa məcbur olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp