“Belə məğlubiyyətdən sonra danışmaq bir az çətindir. Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər, döyüşdülər, yetərincə qol vəziyyətləri yaratdıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis penaltini Nəriman Axundzadənin yerinə yetirməsi barədə bunları söyləyib: “Lüksemburqla oyunda da penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Həm avrokuboklarda, həm çempionatda daha çox şans qazanır. Futboldur, dəqiq yerinə yetirə bilmədi, məyusuq. Qol vursaydı, daha da ruhlanardıq, davamı gələ bilərdi. Amma olmadı. Əsas olan odur ki, futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm”.

Əliyev gənc futbolçuların Premyer Liqada az oynamasını belə şərh edib: “Gənclərə şans vermirlər. Futbolçular Premyer Liqada 90 dəqiqə oynasalar, yaxşı olar. Bizim vaxtımız az olur, 2-3 aydan bir yığışırıq. Futbolçular Premyer Liqada oynamayanda belə əziyyət çəkirik. Daha dərin problemlər var”.

Shares: