AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Lerik” – “Sheki City” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” komandası 70 manat cərimə edilib.
“Lerik” – “Sheki City” oyununun 67-ci dəqiqəsində “Lerik” komandasının 11 nömrəli futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Lerik” komandası 50 manat cərimə edilib.
“Lerik” – “Sheki City” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” komandası 50 manat cərimə edilib.
“Füzuli” – “Qusar” oyununun 74-cü dəqiqəsində “Qusar” komandasının 11 nömrəli futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qusar” komandası 50 manat cərimə edilib.
“Şimal” – “Ağdaş” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şimal” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Hypers Guba” oyunu bitdikdən sonra “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şəmkir” klubu 80 manat cərimə edilib.
“Şəmkir” – “Hypers Guba” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilib.
“Şəmkir” – “Hypers Guba” oyununun 60-cı dəqiqəsində “Hypers Guba” komandasının 44 nömrəli futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Hypers Guba” komandası 80 manat cərimə edilib.
“Şəmkir” – “Hypers Guba” oyununun 75-ci dəqiqəsində “Hypers Guba” komandasının 77 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Hypers Guba” komandası 350 manat cərimə edilib.
“Saatlı-Araz” – “Göygöl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Saatlı-Araz” komandası 80 manat cərimə edilib.
“Saatlı-Araz” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilib.
“Saatlı-Araz” – “Göygöl” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Göygöl” komandası 50 manat cərimə edilib.
“Kür-Araz” – “Şahdağ Qusar” oyunu “Kür-Araz” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 150 manat cərimə edilib.