“Milan” Davide Kalabriya ilə anlaşa bilmir. “Rossonyerlər” kapitanı ilə müqavilənin müddətini uzatmaq üçün ortaq məxrəcə gəlməyi bacarmır.

Futbolinfo.az xəbər verir ki, 9 ildir əsas heyətdə oynayan klub yetirməsinin müqaviləsinin müddəti gələn yay başa çatır. 27 yaşlı müdafiəçi “Milan”da qalmaq istəyir, amma o, maaşının artırılmasında israrlıdır.

Hazırda Kalabriyanın maaşı illik 2 milyon avrodur. O, məbləğin ikiqat artırılmasını tələb edir. Əks halda, gələn yay azad agent kimi başqa komandaya keçməsi mümkündür. “Milan” isə onu itirməmək üçün dilə tutmağa çalışır. Futbolçuya ən son təklif maaşını 2,5 milyon avroya qaldırmaqla 3 illik müqavilədir. Tərəflər qışadək yekun qərara gəlməlidir.

Shares: