“Aston Martin” komandası indi də Maks Ferstappeni transfer etməyi hədəfləyib.

İtaliyanın “Autosprint” nəşrinin məlumatına görə, Adrian Nyui ilə bağlı razılığa gəldikdən sonra “Aston Martin” Maksı heyətə qatmaq üçün əlindən gələni edəcək. Xəbərə görə, tərəflər artıq mümkün keçidlə bağlı aktiv danışıqlar aparırlar.

Danışıqlar uğurlu olarsa və transfer tamamlanarsa, Fernando Alonso Maks Verstappenin “Aston Martin”də komanda yoldaşı olacaq. Lens Stroll isə karyerasını WEC-də davam etdirə bilər.

Shares: