İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Harvi Elliott ciddi zədə alaraq 2 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərənin gənclərdən ibarət millisinin heyətində sıradan çıxıb.

Onun ayaq sümüyündə sınıq aşkarlanıb.

Elliott cari mövsüm “Liverpul”un heyətində 1 görüşdə, 7 dəqiqə meydanda olub.

Shares: