Milli komandaların növbəti reytinq cədvəlində qərarlaşacaqları mövqelər müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasında 2 oyun keçirən Azərbaycan yığmasının yerində dəyişiklik olacaq.
Evdə İsveçə (1:3), səfərdə isə Slovakiyaya (0:2) məğlub olan Fernandu Santuşun yetirmələri reytinqdə 2 pillə geriləyəcək. Çünki bu matçlar komandamızın 6,72 xal itkisinə səbəb olacaq. Millimizin 1173,16 əmsalla 113-cü sırada qərarlaşması gözlənilir.
Qeyd edək ki, növbəti FIFA reytinqi sentyabrın 19-da açıqlanacaq.