Formula 1 üzrə dünya çempionatında sabah Azərbaycan Qran-prisinə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, mövsümün 16-cı yarışı öncəsi favoritlər açıqlanıb.
Formula 1 mütəxəssisləri Bakı mərhələsinin favoriti qismində “McLaren” pilotu Lando Norrisi görürlər. “Red Bull” sürücüsü Maks Ferstappenin son vaxtlar uğursuz performansı belə düşünməyə əsas verib. Norrisi bu mövsüm artıq 10 dəfə fəxri kürsüyə çıxıb. İki dəfə Qran-pri qalibi olan britaniyalı sürücü 5 dəfə ikinci, 3 dəfə isə üçüncü yeri tutub.
Azərbaycan Qran-prisi Ferstappenə yaxınlaşmaq və mövsümün qalibi olmaq şansını davam etdirmək baxımından Norris üçün son şans hesab edilir. Maraqlıdır ki, Ferstappen favoritlər sırasında dördüncü göstərilib. Hətta Şarl Lekler (“Ferrari”) və Oskar Pyastrinin (“McLaren”) də şansı ondan yüksək qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.