İngiltərə Premyer Liqasında çıxış edən futbolçular arasında milli komandalarda ən yaxşı performans göstərən 5 oyunçunun adı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, beynəlxalq fasilədə fərqlənənlərdən biri də İsveç yığmasının hücumçusu Aleksander İsak olub.
“Nyukasl”ın forvardı UEFA Millətlər Liqasının ilk iki turunda Estoniya (3:0) və Azərbaycan (3:1) milliləri ilə oyunların qəhrəmanı olub. İsak estonlarla görüşdə 1 qol vurub, millimizlə Bakıdakı qarşılaşmada isə dubla imza atıb və komandasına penalti qazandırıb.
İsakla yanaşı, Deklan Rays (“Arsenal”) İngiltərə, Kodi Qakpo (“Liverpul”) Niderland, Kevin de Bruyne (“Mançester Siti”) Belçika, Bruno Fernandes (“Mançester Yunayted”) isə Portuqaliya millisindəki çıxışı ilə seçiliblər.