Yuray Kuçka Slovakiya yığmasının heyətində 112-ci oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyunda baş verib.
Koşitsedəki qarşılaşmada 90 dəqiqə meydanda olan 37 yaşlı yarımmüdafiəçi 2008-ci ildən bəri formasını geyindiyi Slovakiya yığmasının heyətində matç sayını 112-yə çatdırıb. O, bununla Azərbaycan millisi tarixində ən çox oyun keçirmiş Rəşad Sadıqovu geridə qoyub. Sadıqov 2001-2017-ci illər aralığında yığmamızda 111 görüşdə iştirak edib.
Qeyd edək ki, Slovakiya – Azərbaycan görüşündə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.