“Heç bir təklifim yoxdur. Hazırda sadəcə gözləyirəm”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qəbələ”nin sabiq qapıçısı Rəşad Əzizli deyib.
O, əyalət təmsilçisindən ayrıldıqdan sonra klub tapa bilməməsindən danışıb: “Mənə də maraqlıdır ki, kimsə maraqlanmır. Heç bir klubla danışıq da aparmıram. İstər I Liqa, istərsə də, Premyer Liqa klubu olsun. Hazırda gözləyirəm. Ümid edirəm ki, yaxın zamanda nəsə dəyişər. Bəlkə xeyirlisi belədir, gec olacaq, amma yaxşı olacaq”.
Qeyd edək ki, Rəşad Əzizli ötən mövsümü “Qəbələ”də keçirib.