Üçqat dünya çempionu Maks Ferstappen Bakıdakı yarış öncəsi komandanın vəziyyətini dəyərləndirib. “Red Bull”un sürücüsü boliddə irəliləyiş əldə edə biləcəklərindən ümidlididir.

“Birinci prioritetimiz komandanı əvvəlki formasına qaytarmaqdır. Bu həftə simulyatorda işləmək və növbəti iki yarışa hazırlaşmaq üçün komanda bazasına qayıtdım.

Monzadakı yarış bizim üçün çox çətin keçdi, ona görə də əsas vəzifəmiz, dediyim kimi, əvvəlki formamıza qayıtmaqdır. Əlbəttə ki, siz həmişə daha sürətli və daha rəqabətli olmaq istəyirsiniz. Komanda son yarışlarda boliddə müşahidə etdiyimiz problemləri aradan qaldırmaq üçün çox çalışıb”, – deyə Ferstappen bildirib.

Shares: