“Brembo” şirkəti ənənəvi olaraq hər yarış üçün trassın ən böyük əylənmə nöqtəsini açıqlayıb.
Bakı trassında birinci döngəyə qədər bolidlər 110 metr məsafə içində 2,06 saniyəyə sürəti 328-dən 127 km/saata salmaq məcburiyyətində qalırlar. Bu da pilota 4,7 G təzyiq edir.
Əylənmə gücünün 2530 kVt olduğunu da qeyd etmək lazımdır. Əyləc pedalına düşən güc isə 153 kq təşkil edəcək.