Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş qurumun inzibati binasında baş tutacaq.
Saat 15:00-da başlayacaq iclasın gündəliyi aşağıdakı kimidir:
- Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
- AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
- Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
- AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
- İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
- AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
- Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
- Digər məsələlər.