“Alpin” komandasının əməkdaşları sentyabrın 13-dən 15-dək Bakıda keçiriləcək Azərbaycan qran-prisi ərəfəsində yeni etiraz aksiyası keçirəcəklər. Bu barədə “The Race” xəbər verir. Onlar “Renault” şirkətinin Viri-Şatillondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.

Bir müddət əvvəl “Renault”nun İdarə Heyətinin sədri Luka de Meo “Alpin” komandasının daha səmərəli idarə edilməsinə və Viridə mühərrik istehsalına nail olmaq niyyətində olduğunu bildirmişdi. Buna görə də komanda başqa mühərriklərə, “Mercedes”in istehsal etdiklərinə keçə bilər. Bu da işçilərin maraqlarını təmsil edən və konserni qərarını dəyişməyə məcbur etmək üçün “Renault”ya maksimum təzyiq göstərən “Alpin” həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.

“Alpin” və “Renault” əməkdaşları iki həftə əvvəl Monza mərhələsində və Virinin özündə etiraz ediblər. Bu həftə isə  Fransada mərhələ ərəfəsində daha irimiqyaslı nümayiş keçirilməlidir. Aksiya Bulon-Bilankurda ,“Renault”nun baş ofisində baş tutacaq. Etirazçılara “Renault”nun digər hissələrində çalışanlar da qoşulacaqlar.

Shares: