“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal Leyver Kubokundan oynamaqdan imtina etməsini şərh edib.

“Hazırda qarşıma heç bir məqsəd qoyacaq vəziyyətdə deyiləm. Parisdəki Olimpiadaya qədər oynayacağamı, sonra isə düşünəcəyimi demişdim. Hazırda dincəlirəm.

Psixoloji cəhətdən hər şey qaydasındadır, heç bir problem yoxdur. Evdəyəm, hər gün başqa işlərlə məşğul olmaqdan və bacardığım qədər məşq etməkdən həzz alıram.

Levyer Kubokunda iştirak etməməkdə heç bir dram yoxdur. Çoxdandır ki, yarışmıram. Məndən də yaxşı oynayacaq tennisçi kubokda olacaq”, – deyə ispan tennisçi qeyd edib.

Shares: