Avstraliyada 2032-ci ildə Brisbendə keçiriləcək ev Olimpiadası üçün xüsusi proqrama start veriləcək. Milli komanda üçün idmançılar arasından istedad axtarışı proqramı oktyabr ayından başlanacaq. Bu barədə “Inside the Games” jurnalında məlumat verilib.

Yay oyunlarının başlamasına səkkiz il qalmış ölkəyə medal gətirməyə qadir olan idmançıların yetişdirilməsi nəzərdə tutulur. Proqram 12-23 yaş arası avstraliyalılar üçündür və heç bir idman təcrübəsi tələb olunmur. Layihədə Avstraliya İdman İnstitutu, dövlət qurumları və 40-dan çox əsas idman növünün nümayəndələri iştirak edir. Görünməyən potensialları tapmaq üçün qeyri-olimpiya idman növlərində də istedad axtarışları aparılacaq. Proqram həmçinin 2032-ci il Paralimpiya Oyunlarında nəticələri yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Brisbendə Yay Olimpiya Oyunları 2032-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Shares: