Portuqaliyanın “Eştrela” klubunun futbolçusu Qustavo Enrike karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komandasını tərk etməyə hazırlaşır. Ancaq Avropanın bir çox ölkələrində olduğu kimi, Portuqaliyada da “transfer pənrəcəsi” bağlanıb.

Xəbərdə bildirilir ki, Enrike hazırda “transfer pənrəcəsi” açıq olan Rusiya, Türkiyə və Serbiya klublarına özünü təklif edib. Lakin hələlik heç bir komanda ilə danışıq aparılmır. Adıçəkilən ölkələrdə isə transfer dönəminin son günləridir. Enrike həmin ölkələrin klubları ilə anlaşmasa, meneceri onu Azərbaycan klublarına təklif edəcək.

“Eştrela” rəhbərliyi də ön xətt oyunçusunun gedişinə qarşı deyil. Lakin transfer üçün müəyyən təzminat ödənilməlidir. Çünki futbolçunun klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Shares: