“Real”ın zədəli futbolçuları sıraya qayıdır. Madrid təmsilçisinin həkimləri iki nəfəri sıraya qaytarıb, daha dörd futbolçu da məşqlərə başlayıb.
Futbolinfo.az xəbər verir ki, Cud Bellingem, Aurelien Çuameni, Eduardo Kamavinqa və Dani Sebalyos ümumi qrupda çalışmalara başlayıb. Onların növbəti turadək hazır olması gözlənilir.
Əvəzində Ferlan Mendi və Eder Militao tam sağlamdır. Baş məşqçi Karlo Ançelotti sözügedən müdafiəçiləri “Real Sosyedad”a qarşı oynada bilər.