Formula 1 Azərbaycan qran-Prisinin birinci sərbəst yürüşündə iki qəza baş verib.
Futbolinfo.az xəbər verir ki, yürüş zamanı “Ferrari”nin monakolu pilotu Şarl Leklerin bolidi döngədə təhlükəsizlik üçün qoyulmuş maneəyə çırpılıb.
Qəza 15-ci döngədə baş verib. Avtomobil trasdan çıxarılıb.
“Uilyams Reysinq” komandasının argentinalı pilotu Franko Kolapintonun bolidi də döngədə təhlükəsizlik maneəsinə çırpılıb və qırmızı bayraq qaldırılıb.