Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur başa çatıb.

Futbolinfo.az xəbər verir ki, ölkəmizin kişilərdən ibarət yığması 3-cü turda Moldova komandasını məğlub edib – 3:1.

Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıb, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıb.

Qadınlardan ibarət Azərbaycan millisi isə Argentina ilə bərabərə qalıb. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə başa vurub. Gülnar Məmmədova qələbə qazandığı halda Ülviyyə Fətəliyeva məğlub olub.

Shares: