“Şamaxı”nın yarımmüdafiəçisi Georgi Kantariyanın futbolinfo.az saytına müsahibəsi

– Bu turda “Sumqayıt”la qarşılşacaqsız. Matçla bağlı düşüncələriniz necədir?

– Rəqib yaxşı komandadır. Çətin matç olacaq. Amma biz 3 xal üçün hər şey edəcəyik.

– Son turda “Neftçi”dən bir xal aldınız. Bu, sizi motivasiya edir?

– Komandamız “Neftçi”yə qarşı yaxşı oynadı. Əlbəttə, sabah da əlimizdən gələni edəcəyik. Hər yaxşı nəticə komandaya motivasiya verir.

– 4 matçdan sonra 5 xalınız var – bu, yaxşıdır?

– Düşünürəm ki, biz daha artığını edə bilərdik. Əlbəttə, biz yeni komandayıq. Amma rəqiblərimizə qarşı bu cür oynamırıq və gücümüzü göstərməyə çalışırıq. Bizim potensialımız və gücümüz var.

– Hədəf seçmisiz?

– Hər komandanın bir hədəfi var. Biz çətin liqada yaxşı oyunlar göstərmək niyyətindəyik. Ayxan Abbasov və məşqçi heyəti də bunun üçün əlindən gələni edir. Biz komandanı qururuq, uğur qazanmağa çalışırıq. Mübarizəyədavamlı bir heyətimiz var.

– “Kəpəz”dən sonra “Şamaxı”dasız. Burada vəziyyət sizi qane edir?

– Burada olduğum üçün sevincliyəm, xoşbəxtəm. Bu komandadan zövq alıram. Mənim üçün yenilikdir və özümü rahat hias edirəm. Tam olaraq komandaya fokuslanmışam.

CAVAD

Shares: