FİDE-nin Apellyasiya Palatası Rusiya Şahmat Federasiyasının  üzvlükdən məhrum edilməsi barədə qərarı ləğv edib. Dünən Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyası keçirilib. Orada Rusiya şahmatçılarının yarışlara qaytarılması, öz bayraq və himnləri altında oynaması və ölkədə beynəlxalq yarışların keçirilməsinin mümkünlüyü məsələsi müzakirə olunub.

Rusiya Şahmat Federasiyasının şikayəti əsasında cəza ləğv edilib və məhrumetmə qərarı 45 min avro məbləğində cərimə ilə əvəz olunub. Apellyasiya palatasının bəyanata görə, etika komissiyası RŞF-nın FİDE-yə üzvlüyünü dayandırmaq səlahiyyətinə malik deyil və başqa sanksiyalar tətbiq etməli idi.

Xatırladaq ki, FİDE şahmatçı Peter Heine Nilsenin, Ukrayna Şahmat Federasiyasının və ukraynalı qrossmeyster Andrey Barışpoletsin şikayətindən sonra RŞF-nı iki il müddətinə təşkilat üzvlüyündən məhrum etmişdi. Bunun da səbəbi qurumun Krım, qondarma DXR, LPR və Xersonda fəaliyyəti olub.

Shares: