Norveçli qrossmeyster Maqnus Karlsen Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında nəqliyyat probleminə görə oyuna 11 dəqiqə gecikib. Buna görə də o, texniki məğlubiyyət almaq qorxusu ilə üzləşib.
Keçmiş dünya çempionuna fotoqraf Mariya Emelyanova kömək edib. O, bir neçə fotoşəkil çəkmək üçün xüsusi olaraq norveçliləri liderləri ilə birlikdə gözləyirmiş. Karlsendən başqa bütün Norveç komandası vaxtında gəlib. Maqnus isə velosiped ilə gəldiyinə görə bir qədər gecikib. Bunu görən Emelyanova Karlsenin oyun otağına daxil olmasına yardım edib. Norveçli şahmatçı kolumbiyalı qrossmeyster Roberto Qarsiyaya qarşı keçirdiyi oyunda qalib gəlib.
Şahmat Olimpiadasının qaydalarına görə, əgər oyunçu raundun başlanmasından sonra 15 dəqiqə ərzində oyun zalında görünməzsə, o, turu buraxmaq məcburiyyətində qalır.