“Haas” komandasının pilotu Oliver Berman Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan qran-prisində qəza törədib.

Futbolinfo.az xəbər verir ki, gənc sürücünün idarə etdiyi bolid üçüncü sərbəst yürüşdə səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Onun avtomobili trasdan çıxarılıb.

Üçüncü sərbəst yürüş zamanı “Alpin” komandasının pilotu Esteban Okon da uğursuzluqla üzləşib. Sürücünün bolidində problem aşkarlanıb. Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.

Azərbaycan qran-prisi sentyabrın 15-də başa çatacaq.

Shares: