Gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

Futbolinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Mərasimdə ilk olaraq Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib.

O, yarış iştirakçıları və qonaqları salamlayaraq idmançılara uğurlar arzulayıb. F.Umudov hazırda Azərbaycanda səfərdə olan və yarışı tribunadan izləyən Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittini də salamlayıb, ona gəldiyi üçün təşəkkür edib.

Daha sonra Azərbaycan ağırlıqqaldırmasının inkişafında xüsusi rolları olmuş şəxslərin yubileyləri məqsədilə təltifat mərasimi təşkil edilib. Sabiq ağırlıqqaldıran Akif Alıyev və əməkdar məşqçi Vahid Nəzərov 65, Beynəlxalq dərəcəli hakim Namiq Nəcəfov 70, AAF-ın sabiq prezidenti Şüa Hüseynova isə 85 yaşı münasibətilə plaketlər və xüsusi, qiymətli hədiyyələr təqdim edilib. Mərasimdə AAF-ın prezidenti Kamran Nəbizadə və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti iştirak ediblər.

Shares: