Formula 1 üzrə Azərbaycan qran-prisində 3-cü sərbəst yürüşlər də geridə qalıb. Bu dəfə protokollara Corc Rassel başçılıq edib. “Mersedes” sürücüsü sessiyanın sonlarında 1,42,514 nəticə ilə birinci olub. Şarl Lekler ikinci , Lando Norris isə üzçüncü nəticə göstərib.
Maraqlıdır ki, geridə qalan 3 sərbəst yürüşün hamısında birinci yerdə fərqli komandalar və pilotlar olub. Xatırladaq ki, ilk sessiyada Maks Ferstappen , ikincidə isə Şarl lekler ən yaxşı olmuşdu. Bu da təsnifat üçün intriqanı bir qədər də artırıb. Ən maraqlısı isə son vaxtlar ən sürətli komanda olan “Maklaren”in bir qədər arxada olmasıdır.
Sərbəst yürüşlərdən sonra görünən odur ki, 4 komandanın 8 sürücüsü tənifatda qalib olmağa iddialıdır. Onlardan hər birinin şansı demək olar ki, eyni görünür. Təsnifat mərhələsi isə bu gün saat 16:00-da başlayacaq.