Formula 1 üzrə Azərbaycan qran-prisində start düzümündə dəyişiklik olacaq. Dünən təsnifatda yeddinci yeri tutan Lyuis Həmilton pit-leyndən yarışa start verəcək. Bunun səbəbi yeddiqat dünya çempionunun maşınında güc qurğusunun dəyişdirilməsidir.

Reqlamentə əsasən Həmilton cərimə edilib. Ondan başqa “Alpin” komandasının sürücüsü də cəza alıb. Esteban Okonun da maşınında güc qurğusu yeniləndiyinə görə, qaydalara əsasən onun da startı pit-leyndən olacaq.

Xatırladaq ki, yarışın startı Bakı vaxtı ilə saat 15:00-da veriləcək

Shares: