Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, birincilik uğrunda mübarizədə ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən gənc idmançılar səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.
Oğlanlar arasında dairəvi stend atıcılığı üzrə ilk 3 yeri müvafiq olaraq Abidin Əsədullayev, Aslan Qurbanov, Məhəmməd Teyyublu, qızlar arasında isə Daniella Ulyanova, Cəmilə Paşayeva və Şölə Quliyeva tutub.
Səngər stendi üzrə oğlanlar arasında ilk üç pillədə müvafiq olaraq Mürtəza Novruzlu, Kamil Mədətov, Cəlal Məmmədov, qızlarda isə Nərmin Cəfərova, Aylin Quliyeva və Həqiqət Cəfərova qərarlaşıb.
Səngər stendi üzrə qarışıq komanda yarışında müvafiq olaraq Cəlal Məmmədov / Aylin Quliyeva, Mürtəza Novruzlu / Nərmin Bədəlli və Mirzə Meybullayev / Nərmin Cəfərova ilk üç yeri tutublar.
Dairəvi stend atıcılığı üzrə isə müvafiq olaraq Eldar Əjdərov / Daniyella Ulyanova, Murad Allahverdiyev / Cəmilə Paşayeva və Məhəmməd Teyyublu / Minayə Novruzova cütləri fərqləniblər.