“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirilən oyun haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istədiyimiz futbolu oynaya bilməyək. Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz. İstədiyimiz kimi çıxış etmirik. Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil. Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var”.

Shares: