Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 5-ci tur sona çatıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması favorit göstərilən Hindistana uduzub – 1:3.
Hesabat turunda Aydın Süleymanlıyla Rauf Məmmədov məğlub olub. Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 5 turdan sonra millimizin hesabında 8 xal var.
Qadınlardan ibarət Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb. Görüş 2:2 hesabıyla yekunlaşıb. Günay Məmmədzadə məğlub olduğu oyunda Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası heç-heçə başa çatıb. Hazırda komandamızın aktivində 8 xal var.