Türkiyə I Liqasında ən dəyərli futbolçulardan ibarət rəmzi “11-lik” dərc edilib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da rəmzi komandaya düşüb. Yay fasiləsində “Ankaragücü”nə keçən Dadaşov simvolik heyətin mərkəz hücumçusu kimi göstərilib.

25 yaşlı forvard 1,8 milyon avro ilə dəyərləndirilir. Renatla yanaşı, “Ankaragücü”nün daha 3 oyunçusu simvolik komandaya düşüb.

I Liqanın ən dəyərli futbolçusu “Ankaragücü”nün yarımmüdafiəçisi Efkan Bekiroğludur. Onun transfer qiyməti 2,2 milyon avroya bərabərdir. Çempionatın ən dəyərli futbolçularından ibarət “11-liy”in ümumi transfer qiyməti 14,35 milyon avrodur.

Shares: