1955-1956 mövsümündən bəri avrokuboklarda öz ölkəsinin reytinqinə ən çox xal qazandıran klubların adları açıqlanıb.
Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan klubları cari mövsümə qədər ölkə reytinqinə 49,76 xal qazandırıblar. Bu isə 16 klubun payına düşür.
Ölkə reytinqinə ən çox xal qazandıran komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 49 xaldan 23.88-nə töhfə verib. Bu da 48.72%-lik göstərici deməkdir. İkinci sırada “Neftçi”, üçüncü pillədə isə “İnter” qərarlaşır. Hazırda “Şamaxı” adı altında çıxış edən sonuncu komanda “Keşlə” adı ilə də UEFA reytinqinə xal yazdırıb.
1. “Qarabağ” – 23.88 xal (48.72%)
2. “Neftçi” – 9.75 (19.9%)
3. “İnter” – 4.38 (8.93%)
4. “Qəbələ” – 3.88 (7.91%)
5. “Bakı” – 1.54 (3.15%)
6. “Xəzər Lənkəran” – 1.42 (2.89%)
7. “Karvan” – 0.83 (1.7%)
8. “Zirə” – 0.75 (1.53%)
9. “Sabah” – 0.75 (1.53%)
10. “Kəpəz” – 0.71 (1.45%)
11. “Keşlə” – 0.5 (1.02%)
12. “Şəmkir” – 0.33 (0.68%)
13. “Xəzri” – 0.33 (0.68%)
14. “Olimpik” – 0.29 (0.6%)
15. “Sumqayıt” – 0.25 (0.51%)
16. “MKT-Araz” – 0.17 (0.34%)