Premyer Liqanın “Araz-Naxçıvan”a qarşı son tur matçında zədələnməsi Yeqor Xvalkonun ölkəmizdə qalmasına səbəb olacaq. İkili mübarizə zamanı ağır zədə alıb birbaşa xəstəxanaya aparılan belaruslu müdafiəçi komandadan göndərilmiş.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz”də üçüncü mövsümünə başlayan 27 yaşlı legioner baş məşqçi Azər Bağırovun “qara siyahı” sına düşüb. Yeni çalışdırıcı onu yola salıb yeni əcnəbi gətirmək istəyr. Həm büdcədəki məhdudiyyət, həm də əcnəbi sayının çoxluğu yeni transfer üçün heyətdəkilərdən kiminsə göndərilməsini vacib edir. Bağırov da məhz Xvalkonun getməsini istəyir.

Məşqçilərin fərqli baxışının olduğu aydındır. Amma bu gün “Kəpəz”in daha ps vəziyyətdə olmamasının səbəbkarı elə Xvalkodur. Komanda bu mövsüm bütün oyunlarda uduzub, Yeqor isə hər zaman ən yaxşılardan olub. Onun əvvəlki mövsümlərdəki çıxışı, gəncəlilərin elitada qalması üçün apardığı mübarizə unudulmamalıdır. Belaruslu bu gün də çempionatın ən yaxşı mərkəz müdafiəçilərindən biridir. Azər bəyin sırf öz menecer dostlarının xahişini yerinə yetirmək və s. məqsədlər üçün bir il müqaviləsi qalan əsas heyət oyunçusunu yola salmaq istəməsi yolverilməzdir.

Ən pisi odur ki, bu işə klubun icraçı direktoru İlqar Nadiri də razılıq verib. Tapşırıqla, xahişlə baş məşqçi təyin edilən Bağırovun hər istəyinə “hə” deyən klub rəsmisi, deyəsən, uğursuzluq olan zaman yeni gələn oyunçuların klubun boynunda yük olacağını unudub. Adil Şükürovun gətirdikləri necə ehtiyatsızlıqla seçilib indi lazımsıza çevrilibsə, eyni yolu Bağırov da gedir.

Amma Xvalko ilə bağlı plan baş tutmayacaq. Oyun zamanı ciddi xəsarət alan futbolçunun bu vəziyyətdə yeni klub tapması mümkünsüzdür. Ona görə də Bağırov belaruslu ilə yola davam etməyə məcburdur.

Ümumiyyətlə, baş məşqçi klubun durumunu pisləşdirməkdən başqa heç nə etmir. Transfer hərisliyi onsuz da çətin durumda olan klubu maliyyə çatışmazlığına sürükləyir. Bilindiyi kimi, legioner transferinə hədd qoyulub. Limiti keçdikdən sonra hər yeni əcnəbi üçün əlavə pul ödəmək lazımdır.

Mümkün uğursuzluq halında komandanın qışda da güclənməsi lazım olacaq. Bağırov isə bütün imkanlardan indi istifadə etmək istəyir. Bu, strateji səhvdir.

Shares: