“Yuventus”dan ayrılan Adrien Rabio yeni klub tapıb. Yüksək maaş tələbləri üzündən bir çox klubun imtina etdiyi fransız yarımmüdafiəçi vətəninə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, o, Marsel “Olimpik”i ilə razılıq əldə edib. Ərəb ölkələrindən gələn dəvətləri rədd edən Rabionun Avropada qalmaq arzusunu məhz marsellilər reallaşdırıb. Liqa 1 klubunun mətbuat xidmətinin məlumatına görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq. Sərbəst oyunçu olduğu üçün onun keçidinin reallaşmasında problem yoxdur.
Son 5 ili “Yuventus”da keçirən Adrien Fransada daha öncə PSJ və “Tuluza”nın formasını geyib.