Formula 1 üzrə Azərbaycan qran-prisinin stüardları yarış zamanı pit-leyndə işçi personalının və texnikanın olması qaydalarını pozduğuna görə “McLaren” komandasını beş min avro cərimələyib.
Britaniya komandasnın nümayəndələri müxtəlif texniki avadanlıqlarla birlikdə Oskar Piastrini qarşılamaq üçün “qapalı parka” yollanıblar. Həmin vaxt yarışda pit-stop edən komandalar olub. Piastrinin finiş xəttinə çatmasına qədər pit-leynə girdiklərinə görə də stüardlar məsələni araşdırmaya götürüblər. Bunun potensial təhlükəli vəziyyətə gətirib çıxara biləcəyini qeyd edən stüardlar “McLaren” komandasını cərimələyiblər.