“Filadelfia Siksers” və ABŞ milli komandasının mərkəz basketbolçusu Coel Embiid dünən Bakı şəhər trasında baş tutan Azərbaycan qran-prisində avstraliyalı Oskar Piastrinin qələbəsinə münasibət bildirib.

Embiid X sosial şəbəkə səhifəsində belə yazıb: “Oskar Piastri gələcək Formula 1 çempionudur”.

Xatırladaq ki, Piastri karyerasında ikinci dəfə qran-prinin qalibi olub. O, bu il Macarıstanda birinci olmuşdu. 2024-cü il mövsümünün 17 mərhələsindən sonra “Red Bull” pilotu Maks Ferstappen Lando Norrisi 59 xal qabaqlayır. Mühəndislər kubokunda “McLaren” dünənki yarışdan sonra liderliyə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp